Hayli Qubbi vulkanı 10.000 ildən sonra yenidən püskürüb Gündəm

Hayli Qubbi vulkanı 10.000 ildən sonra yenidən püskürüb

Afrika ölkəsi Efiopiyadakı Hayli Qubbi vulkanı 10 min ildən sonra yenidən aktivləşib. Kraterdən yüksələn və 15 kilometr hündürlüyə çatan kül buludu hətta kosmosdan da görüntülənib.

Xalqcebhesi.az xəbər verir ki, nəhəng vulkan 10.000 ildən sonra yuxusundan oyanıb...

Hayli Qubbi vulkanı 10.000 illik fasilədən sonra yenidən aktivləşib. Vulkanın krateri 15 kilometr hündürlüyə qədər kül püskürüb. Qalın tüstü səmanı bürüyüb.
Kül buludu kosmosdan belə aydın görünür. Vulkan quru və demək olar ki, insan yaşamayan ərazidə yerləşir. Buna görə də insanlar üçün heç bir təhlükə olmadığı bildirilir. Bununla belə, kül buludunun Oman və Yəmənə doğru hərəkət etdiyi bildirilir.

Vulkanın 10 000 ildən sonra püskürməsi elm adamları üçün həyəcan verici bir hadisədir. Lakin bölgədə məskunlaşma olmadığından və çətin şərtlərlə bağlı məlumatların toplanması üçün daha çox peyk görüntülərindən istifadə edilir. Bildirilir ki, püskürmə atmosferə böyük miqdarda kükürd dioksidi buraxıb ki, bu da vulkanda intensiv vulkanik aktivliyə işarə edir.

Məryəm Quliyeva