25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
12:49
77
Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.