Rəsmi İrəvan Türkiyənin “Tramp marşrutu”na cəlb edilməsi məsələsinə münasibət bildirib Dünya

Rəsmi İrəvan Türkiyənin “Tramp marşrutu”na cəlb edilməsi məsələsinə münasibət bildirib

Rəsmi İrəvan Türkiyə şirkətlərinin “Tramp marşrutu” layihəsinin reallaşdırılmasına cəlb edilməsi məsələsinə münasibət bildirib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan hazırda Ermənistan-Amerika birgə konsorsiumunun yaradılmasının müzakirə olunduğunu, bundan sonra qəbul edilən hər hansı qərarın İrəvan və Vaşinqtonun maraqlarından irəli gəlməli olduğunu qeyd edib.

Diplomat Ermənistan KİV-də Türkiyədən olan şirkətlərin mümkün iştirakı ilə bağlı xəbərlərlə tanış olmadığını bildirib.

“Amma əminəm ki, istənilən məsələni Ermənistan və ABŞ həll etməlidir”, - Safaryan əlavə edib.