25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
XİN: Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir
ADB: Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərə investisiya etməyə hazırıq
Rutte: Ukraynada müharibənin dekabradək başa çatmasını gözləyirik
ADY sədri: MDB ölkələri arasında əməkdaşlıq regionun iqtisadi inteqrasiyasının əsas amillərindəndir
12:10
147
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib.
“Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətə uyğun aparır. Həm şaxələndirmə, həm də balanslaşdırma siyasəti elan edilib. Ermənistan qərar qəbul edir və əlavə məlumat olarsa, biz məlumat verəcəyik”, - XİN rəhbərinin müavini qeyd edib.
Qeyd edək ki, Ermənistan KTMT-nin Bişkekdə keçirilən sammitində iştirak etmir, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.