12:52
469
Honq-Konqda tarixin ən böyük yanğını nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Xalqcebhesi.az xəbər verir ki, "South China Morning Post" qəzetinin yanğınsöndürmə xidmətinin məlumatlarına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 55-ə çatıb.
Hadisə nəticəsində 51 nəfər hadisə yerində, daha 4 nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra tibb müəssisələrində dünyasını dəyişib. Nəşr daha əvvəl 100-ə yaxın insanın yaralandığını bildirmişdi.
Yanğınsöndürənlər 20 saata yaxın yanan qüllələrdən birinin damında qalan və kömək gözləyən yaşlı kişini xilas edə bilib.
Van Phuc Court yaşayış kompleksində baş verən yanğın son 17 ilin ən dağıdıcı yanğını olub. Hakimiyyət orqanları ən yüksək, 5-ci səviyyəli həyəcan siqnalı verməyə məcbur olublar. Yanğın eyni vaxtda Tai Po bölgəsində bir neçə hündürmərtəbəli binanı əhatə edib. Kompleksin bir-birinə yaxın tikilmiş səkkiz 31 mərtəbəli qüllədən ibarət olması fəlakətin miqyasını bir qədər də ağırlaşdırıb. Yanğın bu binalardan beşinə yayılıb.
Məryəm Quliyeva