Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb Dünya

Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb

Tailandın cənubundakı Hat Yai şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 55-dən 110-a yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Maticon” qəzeti polisə istinadən məlumat yayıb.

Təbii fəlakət nəticəsində ölənlərin sayına yerli xəstəxanada ölümləri təbii səbəblərdən baş vermiş xəstələr daxildir.
Son 24 saat ərzində Hat Yaidə suyun səviyyəsi aşağı düşüb, bu da qurbanların təxliyyəsinə və axtarış-xilasetmə işlərinin intensivləşdirilməsinə şərait yaradıb.
Tailand Hərbi Dəniz Qüvvələri fəlakətin nəticələrinin aradan qaldırılması və əhaliyə humanitar yardımın çatdırılması ilə məşğuldur. Ümumilikdə, daşqın təxminən 2 milyon insana ziyan vurub.
Noyabrın 24-də Sonqxla əyalətinin hakimiyyət orqanları təqribən 160 min insanın yaşadığı Hat Yai şəhərinin sakinlərinin təxliyyə olunduğunu elan edib.

Məryəm Quliyeva