Seçkidən sonrakı Ukrayna Dünya

Seçkidən sonrakı Ukrayna

Ekspertlərə görə, ölkənin gələcəyilə bağlı yeni prezidentdən çox şey asılı olacaq

Ukrayna yeni prezidentini seçdi. Bir neçə aydan bəridir ki, qarşıdurmalardan əziyyət çəkən və xaos təhlükəsilə üzləşən ölkənin bundan sonra Rusiya-Qərb qarşıdurmasının hansı tərəfində olacağı əsas maraq doğuran məsələ kimi aktualdır. Ekspertlər Rusiya-Ukrayana münasibətlərinin bundan sonrakı istiqamətilə bağlı nə düşünürlər?
Politoloq Elman Nəsirov bildirib ki, yeni hakimiyyət dönəmində əvvəlki status-kuvonun bərpası və Krımın yenidən Ukraynaya qaytarılması məsələsi çox müşkül bir iş olacaq: "Mən bunun yaxın perspektivdə olacağına inanmıram. Orta perspektiv düşünsək, bu, həddən artıq optimist olmaq deməkdir. Hesab edirəm ki, Ukrayna gücləndikcə, mərhələ-mərhələ bu proses baş tuta bilər. Bu da nə yaxın, nə də orta perspektivdə olacaq. Bu ancaq 10-15 ildən sonra, yəni uzaq perspektivdə reallaşa bilər. Hesab edirəm ki, yalnız həmin dövrdə Ukraynanın Krımla bağlı həlledici addım atması reallaşa bilər".
Politoloq Arzu Nağıyev də bildirir ki, son dərəcə ciddi bir böhran içində olan Ukraynanın məhz ölkənin cənub və şərq ərazilərinin bütövlüyünü qoruyub saxlaması əsas məsələ olacaq: "Gələcəkdə Ukraynanın bütün gücünü buna yönəldəcəyi şübhə doğurmur. Bu istiqamətdə Avropa İttifaqının, beynəlxalq qurumların Ukraynanın yanında olacağına da ümid etmək olar. Yeni seçilən prezidentdən çox şey asılı olacaq. Onun istiqaməti necə olsa, Ukrayna da həmin istiqaməti qəbul edəcək. Hesab edirəm ki, münaqişələr, hərbi müdaxilələr dayanar və ali baş komandan kimi prezidentə tabe olarlar. Hazırda Ukraynada bir neçə hərbi qruplaşma fəaliyyət göstərir. Yəqin ki, prezident seçkilərindən sonra sakitlik yaranar".

Əli