Baş nazir: Azərbaycan bundan sonra da TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımlardan məmnundur
Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Cevdet Yılmaz: İran-İsrail-ABŞ savaşı, türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir
11 Dekabr 2025 12:22
1 407
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Rusiyanın Xəzər dənizi sektorunda neft hasil edən platformanın işini dayanıb.
APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ordudakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidmətinin uzaqmənzilli dronları “Lukoil-Nijnevoljskneft” şirkətinə məxsus “Filanovski” adına neft platformasına zərbə endirib.
Qeyd olunur ki, bu, Ukraynanın Xəzər dənizində Rusiya neft hasilatı infrastrukturuna endirdiyi ilk zərbədir.
Məlumata görə, dəniz platformasına azı dörd dəfə dəqiq zərbə endirilməsi qeydə alınıb. Hücum nəticəsində platformanın xidmət göstərdiyi 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb.
Bildirilir ki, “Filanovski” adına yataq Xəzərin Rusiya sektorunda kəşf edilmiş ən iri yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Hasil olunan məhsul Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xaricə ixrac olunur.