1 Aprel 23:50
1 Aprel 23:38
1 Aprel 23:24
1 Aprel 23:50
686
İsrailin Baş naziri Benyamin Netanyahu niyə Hörmüz boğazından imtina etməyi təklif edir? Ondan imtina hansı nəticələrə səbəb ola bilər?
Politoloq Aydın Tağıyev deyib ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı bir dövrdə İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən səsləndirilən yeni təşəbbüs beynəlxalq diqqəti yenidən enerji təhlükəsizliyi məsələsinə yönəldib. Dünyanın ən kritik enerji keçid nöqtələrindən biri sayılan Hörmüz boğazı ətrafında alternativ marşrutların yaradılması ideyası regionda qüvvələr balansını dəyişə biləcəyi ilə bağlı konkret nəsə demək asan deyil: “Fikrimcə Netanyahunun bu təklifi ilk növbədə İsrail və Qərbin enerji təhlükəsizliyini İran amilindən mümkün qədər azad etməyə yönəlib. Bu addım ABŞ və İsrailin İranın strateji təsir imkanlarını zəiflətmək planının bir hissəsi hesab etmək olar. Belə bir addımın həm müsbət, həm də mənfi nəticələri qaçılmazdır, labüddür.
Məslənin müsbət tərəfi : “Müsbət tərəflər arasında İranın “boğazı bağlama” təhdidinin təsir gücünün azalması və alternativ marşrutlar hesabına enerji təchizatında müəyyən sabitliyin yaranması göstərilir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin geostrateji əhəmiyyəti daha da artacaq. Lakin layihənin reallaşdırılması ciddi çətinliklərlə müşayiət oluna bilər”
Məslənin mənfi tərəfi: İranın mümkün reaksiyası da diqqətdən kənarda qalmır. Tehran bu cür təşəbbüslərə sərt cavab verə və regionda proksi qüvvələr vasitəsilə gərginliyi daha da artıra bilər. Bu isə Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranması riskini yüksəldir.
Əgər bu səsləndirdi bu təklif baş tutarsa - Qısa müddətli perspektivdə enerji bazarlarında qeyri-sabitlik ehtimalı yüksək qiymətləndirilsə də, uzunmüddətli dövrdə alternativ marşrutların formalaşması enerji təhlükəsizliyini gücləndirəcək. Bununla yanaşı, İsrailin regionda enerji diplomatiyasında rolunun artması və Qərbin Körfəzdəki mövqelərinin möhkəmlənməsi də mümkün ssenarilər sırasındadır”. Netanyahunun Hörmüz boğazından imtina ilə bağlı təklifi İranın enerji rıçaqlarını zəiflətməyə yönəlmiş strateji addımdır. Planın həyata keçirilməsi həm iqtisadi, həm də siyasi baxımdan son dərəcə mürəkkəbdir və yaxın perspektivdə regionda sabitlikdən daha çox yeni risklərin yaranmasına səbəb ola bilər”.
Cavid
1 Aprel 23:45
686
1 Aprel 23:25
756
1 Aprel 23:14
812