Baş nazir: Azərbaycan bundan sonra da TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımlardan məmnundur
Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Cevdet Yılmaz: İran-İsrail-ABŞ savaşı, türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir
11 Dekabr 2025 13:15
1 736
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistana yola düşüb.
APA-nın yerli bürosu xəbər verir ki, o, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümünə həsr olunan beynəlxalq forumda iştirak edəcək.
Kobaxidze tədbir çərçivəsində “Sülh və etimad: dayanıqlı gələcək üçün kompleks məqsədlər” mövzusunda keçiriləcək plenar sessiyada çıxış edəcək.
Baş nazirin səfər çərçivəsində ikitərəfli görüşləri də planlaşdırılıb.
Hökumət başçısını səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyanın rəhbəri Levan Jorjoliani müşayiət edir.