17:11
539
“ABŞ-nin NATO-dan çıxması çox da real görünmür. Çünki NATO çox uzun müddətdir fəaliyyətdədir, 1940-cı illərin ab-havasında formalaşıb. Düzdür, əsasən, 1989-cu ilə qədər Sovet İttifaqı və Varşava Paktı ilə mübarizə üçün qurulmuş bir təşkilatdır. Lakin 1989-cu ildə Soyuq müharibə başa çatdı, iki il sonra həm Varşava Paktı, həm də SSR-i dağıldı. Artıq NATO-nun 90-cı illərdə rəqibi qalmayıb iddiaları günləmə gəldi. Lakin 2001-ci ildə Əkiz qüllələrə olan hücumdan sonra Əfqanıstanda, daha sonra İraqda, Afrikanın müxtəlif yerlərində NATO əməliyyatları başladı. ABŞ başa düşdü ki, sosializm artıq dağılıb, lakin ABŞ-nin başqa-başqa problemləri meydana gəlir. Bunun üçün də NATO çətiri altında fəaliyyət davam etdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.
Politoloq bildirib ki, indi isə Avropada Rusiya qorxusu var, Ukrayna müharibəsi üç ildir davam edir, digər tərəfdən yeni bir kommunist dalğa - Çin yüksəlişdədir: “Çinin Tayvanla bağlı ciddi planları var və bu planların qarşısını almaq üçün NATO-nun fəaliyyətinə yenidən ehtiyac duyulur. Bütün proseslər bunu göstərir ki, ABŞ heç də 1991-ci ildə SSRİ dağıldı, artıq NATO-ya ehtiyacımız yoxdur, fikri ilə çıxış edə bilməz. Ola bilər ki, bu vasitə ilə Avropa ölkələrini bir az qorxutmağa çalışırlar ki, zaman-zaman Tramp da buna bənzər fikirlər söyləyib. Hətta Tramp ciddi şəkildə Avropa ölkələrindən müdafiə xərclərini artırmağı tələb edir”.
K.Kazımov həmçinin deyib ki, NATO kifayət qədər köhnəlmiş bir sistemdir və yenilənməyə ehtiyacı var: “1940-cı illərdə və 1990-cı illərdə NATO-ya kimi gəldisə götürdülər. NATO-nun real hərbi gücləri var. Yəni Türkiyə, ABŞ, İngiltərə və İspaniya, lakin digər ölkələrin demək olar hərbi gücü yoxdur. Tamamilə ABŞ-nin dəstəyi ilə ayaqda qalırlar və özlərini müdafiə etmə qabiliyyətlərinə sahibdirlər. Bunun üçün də müəyyən bir islahata ehtiyac var. Lakin bu islahatı keçirmək hələlik çox da real görünmür. Çünki Avropa ölkələrinin hərb ənənəsi uzun müddətdir ki, unudulub və bu qədər xərclər arasında, xüsusilə sosial xərclər arasında onların hərbi xərcləri artırmaq niyyətləri yoxdur”.
Röya İsrafilova