ABŞ və Avropa müharibədən sonra Ukraynaya dəstək planı hazırlayıb Dünya

ABŞ və Avropa müharibədən sonra Ukraynaya dəstək planı hazırlayıb

ABŞ və Avropa ölkələri sülh razılaşması əldə edildikdən sonra Ukraynaya dəstək planını əks etdirən iki sənəd hazırlayıblar.

APA xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti mənbələrə istinadən məlumat verib.

Plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni bir işğalın qarşısını almaq üçün ölkəyə Avropa qoşunlarının yerləşdirilməsini və ABŞ kəşfiyyatından daha çox istifadəni nəzərdə tutur.

Adı çəkilməyən ABŞ rəsmisi qeyd edib ki, sənəddə Rusiyanın gələcək hücumlarının qarşısını almaq və Moskvanı cəzalandırmaq üçün konkret addımların atılması nəzərdə tutulub.

Xüsusilə, əsas prioritetin sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800.000-ə çatdırılması olduğu deyilir.