Estoniya Rusiya müvəqqəti işlər vəkilini çağırıb Dünya

Estoniya Rusiya müvəqqəti işlər vəkilini çağırıb

Estoniya Xarici İşlər Nazirliyi, Rusiya sərhədçilərinin Narva çayındakı müvəqqəti nəzarət xəttini keçdiyi iddia edilən hadisə ilə bağlı etiraz notası təqdim etmək məqsədilə Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bəyanatda bildirilir: "Bu gün, 18 dekabrda Estoniya Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini 17 dekabrda Estoniya ilə Rusiya arasında müvəqqəti nəzarət xəttinin qanunsuz keçməsi ilə bağlı rəsmi etiraz bildirmək və nota təqdim etmək üçün çağırdı."

Məryəm Quliyeva