10:43
672
ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Rusiya və Ukrayna ilə bağlı danışıqlar mövzusunda ciddi fikir ayrılıqları yaranıb.
Prezidenti Donald Trampın administrasiyasının iki yüksək vəzifəli rəsmisi Rusiya–Ukrayna müharibəsinin uğurlu nəticəsini fərqli şəkildə görürlər. Rubio hesab edir ki, sülhə nail olmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır, Uitkoff isə daha çox Ukraynanın güzəştlərə getməsini dəstəkləyir. Eyni komanda daxilində yaranmış fikir ayrılıqları fonunda Rusiya – Ukrayna münaqişəsinin həllinin optimal yolu varmı?, - sualı ilə politoloq Bakir Həsənbəyliyə mürciət etdik.
Politoloq bildirdi ki, Qərb və Avropa Rusiya ilə bağlı düşündükləri proje hələ ki, başa çatmayıb. Buna əsas səbəb münaqişənin siyasi katalizatoru olan Qərbin və Avropanın Ukraynaya verdikləri vədlərə əməl etməməsi ilə paralel Tramp admnistrasiyasının münaqişə fonunda gəlir əldə etmək maraqlarıdır.
Bu admnistrasiya atəşkəslə paralel qazanc əldə etmə istəyində olduqca münaqişənin yaxın gələcəkdə başa çatması bir o, qədər mümkün görünmür. Bundan əlavə AB ölkələri əgər müharibənin ilk aylarında nə qədər Ukraynanın qələbəsi üçün prinsipiallıq nümayiş etdirirdilərsə artıq daha çox Ukraynanın güzəştə getməsi çağrışlarını edirlər.
Bu da təsadüfi deyil. AB ölkələri Ukraynada 100 minlərlə inasının ölümünə, ölkənin az qala tamamilə darmadağın olmasına, minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən hələ də öz komfortunu pozmaq istəməmləridir.
ABŞ rəsmiləri arasındakı fikir ayrılıqlarına gəldikdə isə bir neçə gün əvvəl Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqlarda iştirakının məhz Putinin seçimi ilə olması haqqında məlumatların getməsi təsadüfi hadisə deyil.
Son vaxtlar ABŞ preizdentinin də Putinə isti münasibətinin olması ilə bağlı bu tip məlumatlar dolaşırdı. Və nəzərə alsaq ki, Uitkof D.Trampın biznes ortağıdır və o, zaman bu regionla bağlı biznes maraqlarının da olması göz ardı edilməməlidir. Rubio isə ABŞ-ın münaqişənin əvvəlindən müəyyən edilmiş Rusiyanın çöküşü projesinə sadiq qalmağa çalışır.
Düşünmürəm ki, bu fikir ayrılıqları uzun müddətli və ya kəskin xarakter daşıyacaq. Hər şey Putinin yaxın gələcəkdə verdiyi qərarlardan aslı olacaq. Əgər Putin maksimalist istəklərini davam etdirsə o, zaman Trampın əks hücum taktikası işə düşəcək.
Cavid