11:17
609
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, külli miqdarda rüşvət aldığına görə həbs edilib və 11 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə məlumat verib.
"Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat və istintaq tədbirləri nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb. O, bir neçə iş üzrə rüşvət almaqda ittiham olunur", - Qvarakidze bildirib.
Baş prokuror qeyd edib ki, Liluaşvili, bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur və bu cinayət 11 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Məryəm Quliyeva