30 Dekabr 2025 10:37
2 219
Ukrayna Prezidenti Vladimir Zelenski qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi ilə Donbasda azad iqtisadi zona məsələsini referenduma çıxarmağa razılıq verib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, güzəşt Donbasda azad iqtisadi zonanın yaradılması və Ukrayna qoşunlarının bir neçə kilometr geri çəkilməli olması olacaq.
"Bu o deməkdir ki, Rusiya bir neçə kilometr geriyə kiçik addımlar atmalıdır... Bu azad iqtisadi zonanın spesifik qaydaları olacaq. Referendum kimi bir şey onu qəbul etmək və ya rədd etmək üçün bir yoldur", - siyasətçi bildirib.
Məryəm Quliyeva
8 İyul 22:59
686
8 İyul 22:45
777
8 İyul 22:30
756