Rusiya qoşunları Ukrayna sərhəddində Dünya

Rusiya qoşunları Ukrayna sərhəddində

Putin əməliyyatların dərhal dayandırılmasını tələb edib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində keçirilən əməliyyatı pisləyib.
O, Ukraynanın bu addımını cəza əməliyyatı adlandıraraq, dərhal hərbi əməliyyatları dayandırmağı tələb edib.
Putin bu barədə İtaliyanın baş naziri Matteo Rentsi ilə telefon danışığı zamanı deyib.
Qeyd edək ki, hazırda Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının iri qruplaşmaları var. Bu barədə "İnformasiya müqaviməti" qrupu operativ məlumat yayıb.
Belarusun ərazisində Rusiya Federasiyasının qoşunları: şəxsi heyət - təxminən 3000 insan, tanklar, BMP və zirehli maşınlar - 200; artilleriya sistemləri - 40; təyyarələr və vertolyotlar - 60;
Xarkov və Luqansk tərəflərdə: şəxsi heyət - 4600; tanklar, BMP və zirehli maşın - 300; artilleriya sistemləri - 40; təyyarələr və vertolyotlar - 70;
Donetsk tərəflərdə: şəxsi heyət - 6600; tanklar, BMP və zirehli maşın - 600; artilleriya sistemləri - 100; təyyarələr və vertolyotlar - 100;
Krımda işğal qoşunları: şəxsi heyət - 22000; tanklar, BMP və zirehli maşın - 310; artilleriya sistemləri - 120; təyyarələr və vertolyotlar - 100;
Dnestryanıda Rusiya Federasiyasının qoşunları: şəxsi heyət - 3000; BMP - 35 (Dnestryanıda Rusiya Federasiyasının artilleriyası, təyyarəsi və vertolyotu yoxdur).