“İsrail Yaxın Şərqdə güc sahibi olmaq istəyir” Dünya

“İsrail Yaxın Şərqdə güc sahibi olmaq istəyir”

“İsrail çoxdan qarşısına məqsəd qoydu və istədiyi fəaliyyət planını həyata keçirir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.

Ş.Ağayev bildirib ki, İsrail Yaxın Şərqdə ona rəqib olan, ona qarşı güc mərkəzi olan bütün gücləri sıradan çıxarmaqla məşğuldur: “Bu İrana da, Livana da, Hizbullaha da, HƏMAS da aiddir. İsrail ABŞ-də Trampın hakimiyyəti dövründən istifadə edərək Yaxın Şərqdə bütün mövqelərini gücləndirib və Yaxın Şərqdə güc sahibi olmaq istəyir. Ona görə də sözsüz ki, İsrail çalışacaq bu məqsədlərdən heç olmasa bir hissəsinə çatsın. Təbii ki, bu, çox çətindir, mürəkkəbdir. Amma məqsəd budur ki, bunlar həyata keçsin. Hadisələrin sonrası müharibənin gedişatından asılı olacaq, İran tərəfindən İsrailə, ABŞ-yə müqavimət nə formada olacaq. Həm də proseslərin gedişatı tərəflərin gücündən və dözümlülüyündən asılı olacaq. Əsas məqsəd budur”.

Röya İsrafilova