14:39
770
“Əvvəllər də vurğulamışdıq ki, əgər İrana qarşı müharibə baş verərsə, bu, regional xarakter daşıyacaq”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib.
O, İranın bu məsələdə “məsuliyyətlə şəkildə xəbərdarlıq etdiyini”, Seyid Əli Xameneinin “münaqişənin regional müharibəyə çevriləcəyinə” dair sözlərini xatırladıb: “Çünki bölgədən hərbi hücum üçün istifadə olunur. Regionun qeyri-sabitliyi layihəsi İsrail məxsusdur və təəssüf ki, ABŞ da bu layihəyə cəlb olunub.
Silahlı qüvvələrimizin hədəf aldığı obyektlər ABŞ-ın hərbi bazalarının yerləşdiyi məkanlardır, yəni hərbi hədəflərdir”.
Onun sözlərinə görə, “bu qeyri-müəyyən və qarışıq vəziyyətdə İsrail müharibənin miqyasını genişləndirmək və region ölkələrində təxribat törətmək üçün fürsət axtaracaq ki, müharibə regional müstəviyə keçsin.
Bəqayi region ölkələri buna imkan verməyəcəklərinə ümid etdiyini bildirib.