Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətini kəskin artırdı Gündəm

Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətini kəskin artırdı

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco aprel ayı üçün Asiya ölkələrinə satdığı neftin qiymətini artırıb. Bu artım 2022-ci ilin avqustundan bəri ən böyük qiymət artımı hesab olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Asiyalı alıcılar üçün Arab Light markalı xam neftin qiyməti 2,5 dollar/barel artırılıb. Eyni zamanda, treyderlər qiymətin barel üçün cəmi 0,8 dollar artacağını gözləyirdilər. Avropa və Aralıq dənizi üçün qiymət bir barel üçün 3,5 dollar, ABŞ üçün isə 2,5 dollar artıb.
Qiymət artımı Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqədardır.