ABŞ Konqresmeni Tramp və Heqseti İrana görə tənqid etdi Gündəm

ABŞ Konqresmeni Tramp və Heqseti İrana görə tənqid etdi

ABŞ prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Pit Heqset hələ də İrana qarşı müharibənin aydın əsaslandırmasını, məqsədlərini və əməliyyatın konkret qrafikini təqdim edə bilmirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Don Beyer X sosial şəbəkəsində yazıb.

O bildirib:
“Donald Tramp da, Pit Heqset də bu müharibənin aydın əsaslandırmasını, başa düşülən məqsədlərini və həyata keçirilmə qrafikini izah edə bilmirlər. Konqres qanunsuz və lazımsız olan, həmçinin müvafiq icazəsi olmayan müharibə üçün kart-blanş verməməlidir.”