7 Aprel 08:06
1 386
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Macarıstana səfəri zamanı Ukrayna məsələsini müzakirə edəcəyini açıqlayıb.
O, bu barədə Budapeştə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Vens qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə ABŞ-Macarıstan münasibətləri ilə yanaşı, Avropa və Ukrayna ilə bağlı məsələlərə də xüsusi diqqət yetiriləcək.
“Viktorla görüşməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukrayna mövzusu əsas müzakirə istiqamətlərindən biri olacaq”, – deyə o vurğulayıb.
29 May 14:34
1 589
29 May 11:35
1 449
29 May 09:45
1 519