Türkiyə DİN: Hücum edənlərdən biri dini qruplaşma üzvüdür Dünya

Türkiyə DİN: Hücum edənlərdən biri dini qruplaşma üzvüdür

İsrailin İstanbuldakı baş konsulluğunun binasına hücum edənlərdən biri dini ideyalara əsaslanan təşkilatla əlaqəlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Mustafa Çiftçi bəyanat verib.

"Onlardan biri dini öz məqsədləri üçün istifadə edən təşkilatla bağlıdır. Digər iki terrorçu isə qardaşdır. Onlardan biri əvvəllər narkotiklə bağlı məsuliyyətə cəlb olunub", — deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva