İsrail XİN İstanbulda atışmanı pisləyib, Türkiyəyə operativ tədbirlərə görə təşəkkür edib Dünya

İsrail XİN İstanbulda atışmanı pisləyib, Türkiyəyə operativ tədbirlərə görə təşəkkür edib

İsrail Xarici İşlər Nazirliyi İstanbulda İsrail Konsulluğuna hücumu qınayır.

Bu barədə İsrail XİN bəyanat yayıb.

“Biz bu gün İstanbulda İsrail Konsulluğuna hücumu şiddətlə qınayırıq. Türkiyə təhlükəsizlik qüvvələrinin hücumun qarşısının alınması üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. İsrailin dünyadakı diplomatik missiyaları saysız-hesabsız hədələrə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - XİN-in məlumatında vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib, iki polis əməkdaşı yaralanıb, hücum edən silahlılardan biri ölüb, ikisi ələ keçirilib