9 Aprel 09:11
1 792
ABŞ-da kommersiya neft ehtiyatları 3 081 min barel artıb və 464 717 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 000 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
29 May 14:34
1 554
29 May 11:35
1 421
29 May 09:45
1 484