İran səfiri: "Şərtlərimiz qəbul edilərsə, ABŞ ilə ikinci raund mümkündür" Gündəm

İran səfiri: "Şərtlərimiz qəbul edilərsə, ABŞ ilə ikinci raund mümkündür"

İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli İranın şərtləri qəbul ediləcəyi təqdirdə ABŞ ilə ikinci raund danışıqların mümkünlüyünü istisna etməyib.

Xalqcebhesi.az xəbər verir ki, səfirin İran-ABŞ danışıqlarının perspektivləri haqqında sözlərini "PTI" agentliyi sitat gətirib:

"Əgər onlar (ABŞ) bizim şərtlərimizi qəbul etsələr, bu mümkündür".

Fəthəlinin xatırlatdığına görə, İranın İslamabad danışıqları zamanı səsləndirdiyi əsas bəndlər arasında "nüvə problemi, hərbi təzminatlar, sanksiyaların ləğvi və bir sıra digər şərtlər yer alıb". "Lakin mənim fikrimcə, onlar tərəfindən heç bir hüquqi əsası olmayan tələblər irəli sürülür. Bizim yüksək rütbəli rəsmilərimiz və nümayəndə heyətlərimiz dəfələrlə bəyan ediblər: biz sülhə hazırıq, biz danışıqlara hazırıq, lakin siz bilməli və aydın dərk etməlisiniz ki, İran müharibəyə də hazırdır", — deyə o vurğulayıb.

Məryəm Quliyeva