13:13
1 372
Fransa və Böyük Britaniya, ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etmədən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müzakirə etmək üçün beynəlxalq konfrans təşkil edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyanat verib.
Prezident "X" sosial şəbəkəsində yazıb:
"Yaxın günlərdə biz Birləşmiş Krallıqla birlikdə boğazda gəmiçilik azadlığını bərpa etmək məqsədi daşıyan çoxmillətli sülh missiyasına bizimlə töhfə verməyə hazır olan ölkələrin iştirakı ilə konfrans təşkil edəcəyik. Müharibə edən tərəflərlə əlaqəsi olmayan bu ciddi müdafiə xarakterli missiya vəziyyət imkan verən kimi fəaliyyətə başlayacaq."
Dövlət başçısı münaqişənin diplomatik yolla tezliklə möhkəm və uzunmüddətli nizamlanmasına nail olmağın vacibliyini bildirib. Onun sözlərinə görə, bunun üçün İranın raket və nüvə proqramları, eləcə də regiondakı "sabitliyi pozan fəaliyyəti" kimi məsələlərə uzunmüddətli həll tapılmalıdır. Eyni zamanda, Makron Hörmüz boğazında naviqasiyanın bərpası ilə yanaşı, "suverenliyinə tam hörmət edilməklə Livanın sülh yoluna qaytarılmasına" nail olmağın zəruriliyini qeyd edib və Fransanın bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Məryəm Quliyeva