Bakıda “Texnologiyada Fürsət Bərabərliyi” proqramı üzrə tədbir keçiriləcək İqtisadiyyat

Bakıda “Texnologiyada Fürsət Bərabərliyi” proqramı üzrə tədbir keçiriləcək

Sabah Bakıda Yapı Kredi Bank Azərbaycan tərəfindən texnologiya sahəsində qadınların gücləndirilməsini hədəfləyən “Texnologiyada Fürsət Bərabərliyi” proqramı çərçivəsində tədbir təşkil olunacaq.

Proqram Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutu (UNITAR)-a bağlı CIFAL Istanbul və Bahçeşehir Universiteti ilə birgə həyata keçirilir.

Bildirilib ki, proqram çərçivəsində texnologiya sahəsində təlimlər təşkil olunub və təlimləri uğurla başa vuran iştirakçılar üçün Bakıda sertifikat təqdimetmə mərasimi keçiriləcək. Tədbir zamanı layihənin regional təsiri, sosial faydası və qarşıdakı dövr üzrə hədəflər barədə məlumat veriləcək.

Tədbirdə Mete Şamil Öztürk, Yapı Kredi Bank Azərbaycan-ın baş icraçı direktoru (CEO) iştirak edəcək. Qeyd olunub ki, proqramın Türkiyədən sonra ilk dəfə Azərbaycanda həyata keçirilməsi layihənin region üzrə genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.