Türkiyənin müdafiə naziri Qətərə gedib Dünya

Türkiyənin müdafiə naziri Qətərə gedib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qətərə gedib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müdafiə naziri Dohada Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığında yoxlama və təftiş aparıb.