İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın vaxtlarda keçiriləcək Dünya

İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın vaxtlarda keçiriləcək

İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu “yaxın zamanda” keçiriləcək və diplomatik səylər müsbət nəticələr verir.

Bu barədə “The Express Tribune” Pakistanın müdafiə naziri Xavaca Asifə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yalnız müsbət irəliləyiş müşahidə olunur. Nazir əlavə edib ki, davam edən diplomatik səylər konstruktiv istiqamətdə irəliləyir.

Daha əvvəl bildirimişdi ki, Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni raundu aprelin 16-da İslamabad şəhərində keçirilə bilər.

“Associated Press“in məlumatına görə, tərəflər Pakistan paytaxtında növbəti görüşün keçirilməsi imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar raundu üçün mümkün məkan kimi Ceneva şəhərini də nəzərdən keçirirlər.