Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
14 Aprel 12:37
7 063
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı hərbi əməliyyatlara başlayacağı ilə hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyə liderinin bu sözlərini "The Jerusalem Post" qəzeti sitat gətirib.
"Biz, Liviyaya necə girdiksə, onlara (İsrailə) qarşı da eyni şeyi edəcəyik", — deyə Ərdoğan bəyan edib.
O izah edib ki, Ankara fələstinlilərin öz ərazilərindən qovulmasına imkan verməmək üçün İsrailə qarşı hərbi əməliyyatlara başlaya bilər.
Ərdoğanın bu bəyanatı İsrailin Qüds işləri və miras naziri Amixay Eliyahu tərəfindən sərt reaksiya ilə qarşılanıb. Nəşr diqqət çəkib ki, nazir Türkiyə prezidentini "imperialist ambisiyaları olan diktator" adlandırıb. O, İsrail hökumətinə Türkiyə ilə bütün diplomatik əlaqələri tamamilə kəsməyi təklif etmək niyyətində olduğunu bildirib.
Məryəm Quliyeva
15 May 20:36
1 155
15 May 18:38
1 274
15 May 17:19
1 407