Tramp İranla sövdələşmə naminə əlavə güzəştlərə gedə bilər Dünya

Tramp İranla sövdələşmə naminə əlavə güzəştlərə gedə bilər

ABŞ administrasiyasının rəhbəri Donald Tramp İranla saziş bağlamaq üçün əlavə kompromislərə getməyə hazır ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Trampın İsrail və Livan arasında atəşkəs barədə bəyanatı onun İrana qarşı "müharibənin dayandırılmasını çox istədiyindən" xəbər verir. "Politico"nun bildirdiyinə görə, hələ yaxınlarda Ağ Ev rəhbəri Livandakı hərbi əməliyyatların dayandırılmasını ABŞ və İran arasındakı barışıq şərtlərinə daxil etməmiş və bu qarşıdurmanı "ayrıca döyüş" adlandırmışdı. Lakin "Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya zərbələri dayandırmaq üçün təzyiq etməklə, Tramp İranla sövdələşməni poza biləcək amili aradan qaldırdı".

Qəzet Fars körfəzi ölkələrindən birinin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsinin bu sözlərini sitat gətirir: "Düşünürəm ki, o, başqa güzəştlərə də gedəcək, çünki buna son qoymağı çox istəyir". "Politico" vurğulayır ki, İslamabadda İranla birbaşa danışıqların sıçrayışla nəticələnmədiyi bir vaxtda, Tramp "İranın ən azı bəzi tələblərinə qarşı daha güzəştli davrana bilər".

Məryəm Quliyeva