ABŞ və İran arasındakı ikinci raund danışıqlar uran və Hörmüz boğazına yönəlib Gündəm

ABŞ və İran arasındakı ikinci raund danışıqlar uran və Hörmüz boğazına yönəlib

ABŞ və İran arasındakı danışıqların ikinci raundu uranın zənginləşdirilməsi məsələlərinə və Tehranın Hörmüz boğazı üzərindəki nəzarət roluna həsr olunacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi rəsmi mənbələrə və analitiklərə istinadən məlumat yayıb.

"Nəticə etibarilə, Hörmüz boğazı qırmızı xəttə çevriləcək. Əvvəllər bu bir problem deyildi, indi isə oyunun qaydaları dəyişib", — deyə agentliyin Fars körfəzi ölkələrindəki mənbəsi qeyd edib. Bununla yanaşı, İranın raket proqramının müzakirəsinin, böyük ehtimalla, ikinci plana keçəcəyi bildirilir.

Region ölkələrinin nümayəndələri xəbərdarlıq edirlər ki, danışıqların yeni strategiyası İranın Yaxın Şərqin enerji təchizatı üzərindəki nəzarətini gücləndirə bilər. Materialda deyilir: "Ən həssas vəziyyətdə olan ölkələr rəsmi qərar qəbulu prosesindən kənarda qalacaqlar".

Məryəm Quliyeva