Rusiya neftinin “Drujba” kəməri ilə Slovakiyaya tədarükü bərpa olunub Dünya

Rusiya neftinin “Drujba” kəməri ilə Slovakiyaya tədarükü bərpa olunub

Rusiya neftinin “Drujba” kəməri ilə Slovakiyaya tədarükü bu gecə bərpa olunub.

Bu barədə “Aktuality” nəşri Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, üç ay fasilədən sonra Rusiya nefti “Drujba” kəməri ilə gecə saatlarından ölkəyə daxil olmağa başlayıb.

“Hazırda neftin qəbulu razılaşdırılmış plana uyğun şəkildə həyata keçirilir”, - nazir deyib.

Qeyd edək ki, aprelin 22-də Macarıstan Rusiya neftinin “Drujba” kəməri ilə nəqlinin bərpa olunduğunu təsdiqləyib.

Xatırladaq ki, neft nəqlinin bərpası Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avro həcmində kreditin təsdiqi üçün Macarıstan və Slovakiya tərəfindən irəli sürülən əsas şərtlərdən biri olub. Kreditin ayrılmasının yazılı təsdiq prosedurunun bu gün başa çatması gözlənilir.