23 Aprel 11:59
3 045
Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici bazarlara 11 milyon 985.74 min ABŞ dolları dəyərində qara metal ixrac edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,6% çoxdur.
Hesabat dövründə isə ölkəyə 127 milyon 347.98 min ABŞ dolları dəyərində qara metal idxal olunub. Bu isə ötən ilin analoji dövrünə nisbətən 17,9% azdır.
Cari ilin I rübündə qara metal ixracı ümumi ixracın 0,22%-ni, idxalı isə ümumi idxalın 3,18%-ni təşkil edib.
8 İyul 22:44
1 078
8 İyul 22:12
1 841
8 İyul 22:00
1 092