Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər Dünya

Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər

Qazaxıstan neftinin "Drujba" kəməri vasitəsilə nəqlinin dayandırılmadığı təqdirdə onun Orta Dəhliz (Bakı-Tbilisi-Ceyhan kəməri -red.) ilə nəqli artırıla bilər.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən KMG Kaşaqan şirkətinin Kommersiya Məsələləri üzrə Baş Direktorunun müavini Kuanış Keskinbayev bildirib.

Onun sözlərinə görə, hazır Qazaxıstan əsas neft həcmlərini KTK kəməri ilə nəql edir.