ABŞ dəniz blokadası başlayandan bəri İranın 31 gəmisini geri qaytarıb Gündəm

ABŞ dəniz blokadası başlayandan bəri İranın 31 gəmisini geri qaytarıb

ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadası başlayandan bəri İran limanlarına doğru hərəkət edən və ya İslam Respublikası sahillərindən ayrılmağa çalışan 31 gəminin istiqamətini dəyişdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çıxış edib.

"ABŞ Silahlı Qüvvələri İrana qarşı tətbiq olunan blokada çərçivəsində 31 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verib", — deyə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

Məryəm Quliyeva