09:23
777
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ilə Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili Azər Allahverənov arasında görüş baş tutub.
TÜKRPA-nın Beynəlxalq Katibliyində keçirilən görüşdə Platformanın baş katibi Azər Allahverənov bu qurumun təsis olunması barədə danışıb, katibliyin xətti ilə bugünədək icra olunan fəaliyyətlərə toxunub və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan birgə tədbirlər, o cümlədən əməkdaşlıq forumu və digər tədbirlər haqqında məlumat verib.
Türk dövlətlərinin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan TÜRKPA-nın Baş Katibi Ramil Həsən bildirib ki, türk dövlətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları onlara göstərilən hərtərəfli dəstək sayəsində dinamik inkişaf edir və bu müstəvidə artırılmaqda olan səylər Türk dünyasının inteqrasiyasında vətəndaş cəmiyyəti institutlarının rolunu daha da gücləndirir, onlar tərəfindən birgə təşəbbüslərin irəli sürülüməsi üçün əlverişli mühit yaradır.
Səmimi şəraitdə keçən görüşdə tərəflər Platformanın təsis olunmasında iştirak edən vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, həmçinin mövcud icra mexanizmləri daxilində yaranan imkanlardan geniş istifadə yolları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq ətraf mühit, səhiyyə, sosial və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Cavid
08:14
917
08:12
945
22 Aprel 17:52
1 610