11:29
812
ABŞ-ın Bombardier Challenger 650 Artemis II tipli kəşfiyyat və hədəf təyini təyyarəsi, son uçuşundan altı gündən çox vaxt keçdikdən sonra yenidən Qara dənizin neytral suları üzərində müşahidə edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə Avropa İttifaqının aviadiispetçer xidmətlərindəki mənbə məlumat verib.
"Sonuncu dəfə aprelin 17-də akvatoriya üzərində uçuş həyata keçirən təyyarə yenidən Qara dənizin neytral suları üzərində görüntülənib", — deyə agentliyin həmsöhbəti bildirib.
O izah edib ki, təyyarə Konstansa (Rumıniya) aerodromundan havaya qalxıb, daha sonra Rumıniya və Bolqarıstan dispetçerlərinin nəzarət etdiyi ərazilər vasitəsilə dəniz üzərindəki uçuş zonasına daxil olub.
Mənbə qeyd edib ki, "hazırkı ana qədər təyyarə bir neçə dövrə vurub, lakin heç bir ölkənin hava məkanına daxil olmayıb". Onun sözlərinə görə, təyyarə mülki aviasiya uçuşları üçün müəyyən edilmiş dəhlizlərdən uzaq məsafədə hərəkət edir.
Aprel ayı ərzində Bombardier Challenger 650 Artemis II artıq bir neçə dəfə Qara dəniz üzərində müşahidə olunub. Hətta bəzi uçuşlarda o, Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi ilə cütlükdə fəaliyyət göstərib.
Məryəm Quliyeva