“Yeni soyuq rəqabət..”
21 Aprel 19:45
21 Aprel 19:45
21 Aprel 19:32
21 Aprel 19:09
Kapital Bank ötən il 7 mln. manatlıq fırıldaqçılığın qarşısını alıb
Rusiya MN-in obyektləri yaxınlığında bomba partlatmağı planlaşdıran şəxs saxlanılıb
Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlanıb
İctimai nəqliyyatda NFC ödənişlərindən istifadə edənlərin sayı açıqlanıb
10:01
756
ABŞ Prezidenti Donald Tramp nizamlanma şərtlərinə dair vahid qarşılıqlı təklif hazırlaması üçün İrana əlavə vaxt verməyə hazırdır, lakin bundan sonra uzadılmış atəşkəs rejiminə son qoyula bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
"Tramp iranlılara fikirlərini toplamaq imkanı vermək üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır. Bu, müddətsiz olmayacaq", — deyə nəşrin həmsöhbəti bildirib.
Ağ Ev eyni zamanda hesab edir ki, İranla münaqişənin dayandırılması haqqında saziş hələ də mümkündür. Lakin Tramp administrasiyası Tehrandakı daxili parçalanma səbəbindən ABŞ ilə sülh bağlamaq səlahiyyətinə malik heç kimin tapılmayacağından ehtiyat edir.
Məryəm Quliyeva