Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
21 Aprel 19:08
2 065
ABŞ Kosmik Qüvvələrinin kameraları İranın zərbə endirilmiş nüvə obyektlərinin hər qarışına nəzarət edir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O iddia edib ki, həmin zərbələr nəticəsində İranın nüvə obyektləri tamamilə məhv edilib və “nüvə tozu” səviyyəsinə endirilib.
“Midnight Hammer” əməliyyatı nüvə obyektlərini o dərəcədə məhv edib ki, qaniçən İran ora nə yaxınlaşa bilir, nə də onları qazıb çıxara bilir. ABŞ-ın Kosmik Qüvvələri keçən ilin iyun ayında bu qədər uğurla vurulan üç obyektin hər qarışını kameralarla izləyir”, - Tramp vurğulayıb.
Qeyd edək ki, “Midnight Hammer” əməliyyatı zamanı ötən ilin 21-22 iyun tarixlərində ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib.
15 May 20:36
1 176
15 May 18:38
1 295
15 May 17:19
1 428