17:16
609
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının İran deyil, ABŞ tərəfindən idarə olunduğunu iddia edib.
"Biz boğaza tam nəzarət edirik, sadəcə başa düşməyiniz üçün", o, CNBC-də canlı yayımda deyib.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi.
Xalqcebhesi.az xəbər verir ki, Tramp bildirib ki, Vaşinqton iki tərəf yekun razılığa gələnə qədər İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirəcək.
Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İranın ABŞ-ın dəniz blokadası tamamilə aradan qaldırılana qədər boğazı bağladığını elan edib. İİKK gəmi sahiblərini İranın tövsiyələrinə ciddi şəkildə riayət etməyə çağırıb və Trampın Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlamalarını "etibarsız" adlandırıb.
Məryəm Quliyeva