Karibdə səssiz eskalasiya: Vaşinqton və Havana arasında qarşıdurmanın yeni mərhələsi -TƏHLİL
Kiyev "Drujba"nın fəaliyyətə hazır olması barədə Macarıstanı məlumatlandırıb
Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir
Baş nazir: COP29 beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə olub
10:51
1 043
İran Hərbi Hava Qüvvələrinə məxsus vasitələrin və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı gəmilərinin yarısından çoxunu qoruyub saxlaya bilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı ABŞ kəşfiyyatının məlumatlarına istinadən xəbər verir.
ABŞ Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Adams dəqiqləşdirib ki, Tehranın sərəncamında hələ də minlərlə raket və pilotsuz uçuş aparatı (PUA) qalmaqdadır.
NBC News-un nəşrində qeyd olunur ki, kəşfiyyat xidmətlərinin bu qiymətləndirmələri ABŞ Prezidenti Donald Trampın və Pentaqon rəhbəri Pit Heqsetin "İranın silahlı qüvvələrinin və donanmasının tamamilə məhv edilməsi" barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, Tramp bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin bütün 158 gəmisinin məhv edildiyini (ciddi təhlükə yaratmayan bir neçə "zərbə kateri" istisna olmaqla), ölkənin HHQ-nin və Ali Rəhbər də daxil olmaqla rəhbərliyinin tamamilə sıradan çıxarıldığını iddia etmişdi.
Məryəm Quliyeva