12:28
658
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubundakı Əl-Qleylə yaşayış məntəqəsinə hücum edib, nəticədə şiə təşkilatı "Hizbullah"ın bir üzvü öldürülüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, daha əvvəl Sur şəhəri yaxınlığındakı bu ərazidən İsrail tərəfə raket atılıb və həmin raket Qərbi Qalileyanın kimsəsiz bölgəsinə düşüb.
İsrail təyyarələri səhər saatlarında Bint-Cbeyl şəhəri yaxınlığında yerləşən və müqavimət qüvvələrinin qalası hesab edilən Kafra kəndinə də zərbələr endirib. Aviazərbənin nəticələri barədə hələlik məlumat daxil olmayıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, aprelin 26-da İsrailin ölkənin cənubuna endirdiyi bombardmanlar və atəşlər nəticəsində 14 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Məryəm Quliyeva