Parlament WUF13-lə əlaqədar təşkilati və maliyyə məsələləri barədə əlavə sazişi ratifikasiya edib
Qəbələdə Prezident İlham Əliyevin Çexiya Baş naziri ilə təkbətək görüşü keçirilib
NetBlocks: İranda internetin kəsilməsi artıq iki aydır davam edir
Çin XİN: Qanunsuz birtərəfli sanksiyaları qətiyyətlə rədd edirik
10:36
616
2025-ci ildə dünya üzrə hərbi xərclər 2,887 trilyon ABŞ dollarına yüksəlib və bu göstərici ardıcıl olaraq artıq 11-ci ildir artım nümayiş etdirir.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, qlobal hərbi xərclərin yarıdan çoxu üç ölkənin – ABŞ, Çin və Rusiyanın payına düşüb.
“Ən çox hərbi xərcləri olan ABŞ, Çin və Rusiya ümumilikdə 1,48 trilyon dollar xərcləyib ki, bu da dünya üzrə ümumi xərclərin 51 faizini təşkil edir”, - sənəddə deyilir.
Eyni zamanda, hərbi xərclərin dünya ÜDM-də payı 2,5 faizə yüksəlib. Bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.