Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır Siyasət

Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır.

Bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.