Parlament WUF13-lə əlaqədar təşkilati və maliyyə məsələləri barədə əlavə sazişi ratifikasiya edib
Qəbələdə Prezident İlham Əliyevin Çexiya Baş naziri ilə təkbətək görüşü keçirilib
NetBlocks: İranda internetin kəsilməsi artıq iki aydır davam edir
Çin XİN: Qanunsuz birtərəfli sanksiyaları qətiyyətlə rədd edirik
10:50
539
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələri ilə bağlı müraciət edib.
İdarədən APA-ya verilən məlumata görə, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: "Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.
Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır".