Rubio İranın raket ehtiyatının yarısının qaldığını iddia edib Dünya

Rubio İranın raket ehtiyatının yarısının qaldığını iddia edib

“İran İslam Respublikası ABŞ-İsrail hərbi əməliyyatından əvvəl malik olduğu raket potensialının təxminən yarısını istifadə edib”.

Bunu “Fox News”a verdiyi müsahibədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"İndi onların raketlərinin yarısı qalıb", - Rubio deyib.

ABŞ dövlət katibi həmçinin Tehranın istehsal gücü və dəniz qüvvələrinin qalmadığını iddia edib.