"Bitcoin" 77 min dollara kimi ucuzlaşıb İqtisadiyyat

"Bitcoin" 77 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında son 24 saatda əsas aktivlərdə eniş müşahidə olunub.

“APA-Economics" xəbər verir ki, CoinMarketCap platformasında lider kriptovalyuta "Bitcoin"in qiyməti son 24 saatda 1,05% azalaraq 77 068 ABŞ dolları olub.

"Ethereum"un qiyməti 1,79% azalaraq 2 294 ABŞ dolları, BNB-nin qiyməti 0,60% azalaraq 625 ABŞ dolları, "Bitcoin Cash"in qiyməti 0,27% azalaraq 448 ABŞ dolları təşkil edib.

"Monero" 2,14% ucuzlaşaraq 377 ABŞ dolları, "Zcash" 3,27% ucuzlaşaraq 340 dollar, "Bittensor" 0,80% ucuzlaşaraq 249 dollara düşüb.

Qızılla təmin olunan aktivlərdən "Tether Gold"un qiyməti 1,01% azalaraq 4 653 ABŞ dolları, "PAX Gold"un qiyməti isə 1,18% azalaraq 4 650 ABŞ dolları olub.

Bazarın ümumi göstəricisi olan CMC20 indeksi də 1,86% azalaraq 155,15 səviyyəsinə enib.

Analitiklərə görə, bazarda müşahidə olunan eniş əsasən investorların qazanc götürməsi, risk iştahının zəifləməsi və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə bağlıdır.