17:48
616
Litva Baş Prokurorluğu 8 ölkənin 13 vətəndaşına qarşı terrorçuluq ittihamı irəli sürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Departamentinin prokuroru Martinas Yovayşa məlumat verib.
"Terror məqsədilə iki nəfərin qətlə yetirilməsinə hazırlıqla bağlı istintaq materiallarında 13 nəfər şübhəli şəxs qismində keçirilir. Onlardan doqquzu Litvadadır, yeddisi həbs edilib, ikisi barəsində isə digər qətimkan tədbirləri seçilib", — deyə o bildirib.
Şübhəli şəxslər 2025-ci ilin mart ayında "Aras" xüsusi təyinatlı bölməsinin iştirakı ilə keçirilən əməliyyat zamanı saxlanılıblar. O vaxt bu barədə məlumat verilməmişdi. Litvanın ekstradisiya edilməsini istədiyi daha bir neçə nəfər isə xaricdədir.
İstintaqın məlumatına görə, cinayətkar qrupa Belarus, Yunanıstan, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukrayna vətəndaşları daxil olub. Onların Litvada yaşayan başqırd fəalı Ruslan Qabasovu və Ukrayna üçün yardım toplayan Valdas Bartkyaviçyusu qətlə yetirməyi planlaşdırdıqları iddia edilir.
Məryəm Quliyeva